• 1115    
  • [email protected]      
  • Abbas Mirzə Şərifzadə küçəsi 656, Cavadxan 32\43 bina 31C, Ak. H. Əliyev 69E

Fizioterapiya

Fizioterapiya – elektrik cərəyanı, maqnit UB (ultrabənövşəyi) və İQ – infraqırmızı şüalanma kimi müxtəlif fiziki amillərin köməyi ilə müxtəlif xəstəliklərin müalicə olunması üsuludur.

Elektrik cərəyanının təsirinə əsaslanan fonoforez, amplipuls, elektroforez kimi prosedurların köməyi ilə biz dərman vasitəsini orqanizmə ziyan vurmayan ən kiçik dozalar ilə təsir göstərilməsi vacib olan yerə dəqiq göndərə bilərik. Bu cür üsul dərman preparatlarına vərdiş etmək kimi hallardan yayınmağa kömək edir.

Təcrübə göstərir ki, fizioterapevtik proseduralar virus və mikrob əleyhinə təsirə malik olub, kapilyarları genişləndirməyə kömək edir, qanın və limfanın mikro dövranını gücləndirir, immuniteti artırır, xolesterini azaldır, yaralara daha sürətlə sağalmağa imkan verir. Bu metod xəstəliyin ən kəskin mərhələdən xroniki mərhələyə keçməsinə və dərman preparatlarının tövsiyə olunan dozasını azaltmağa kömək edir.

Mərkəzimizdə fizioterapiyanin aşağıdaki növləri mövcuddur.

  • Elektroforez
  • Fonoforez
  • Maqnitoterapiya
  • Lazer
  • Darsonvalizasiya
  • Parafin
  • Ultrabənövşəyi şüalanma
  • İnqalasiya
  • Amplipuls
  • Zərbədalğa – terapiyası insan orqanizminə təsir göstərən fizioterapiya metodlarındandır. Dayaq-hərəkət aparatının bir çox xəstəliklərinin müalicəsində effektivdir
  • Karboksiterapiya – müasir refleksoterapiyanı innovativ metodlarından biridir. Bioloji aktiv nöqtələr və refleksogen nahiyələre CO2 qazının kiçik dozalarla məqsədli təsiridir.
  • Tekar terapiya bədənin təbii yenilənmə prosesini stimullaşdıran, əzələ və toxumaların bərpa müddətini azaldan, yeni bir fizioterapiya üsuludur. Bu zaman elektrik, elektromaqnit enerjisi şəklində toxumalara daxil olur və orada hüceyrələrin yenilənməsi üçün lazım olan enerjiyə çevrilir. Bu prosedur xəstə üçün əvəzolunmazdır.


Qiymətlərimiz:
 

  • Elektroforez – 15 AZN 
  • Fonoforez – 12 AZN 
  • Maqnitoterapiya – 10 AZN 
  • Lazer – 10 AZN 
  • Darsonvalizasiya – 10 AZN 
  • Parafin – 12 AZN 
  • Ultrabənövşəyi şüalanma – 10 AZN 
  • İnqalasiya – 10 AZN
  • Amplipuls – 12 AZN
  • Zərbədalğa – 25 AZN
  • Karboksiterapiya – 12 AZN
  • Tekar terapiya – 35 AZN