Həkim Bubnovskinin mərkəzi – şəhərimizin unikal tibbi müəssisəsi olub, sümük – əzələ sisteminin xəsrəliklərinin və yanaşı xəstəliklərin müasir kineziterapiya metodu ilə müalicə olunmasında ixtisaslaşdırılmışdır.
Müasir kineziterapiya – Rusiyanın tanınmış həkimi, çoxsaylı kitab və monoqrafiyaların, bir sıra kəşflərin patentlərinin müəllifi və çoxsaylı konfransların və televiziya verilişlərinin ekspert mütəxəssis kimi mütəmadi qonağı, professor, tobb elmləri doktoru həkim Bubnovski Sergey Mixayloviç tərəfindən işlənib hazırlanmış metoddur.

Sergey Mixayloviç şəxsi təcrübəsinə əsaslanaraq onurğanın və oynaqların müalicəsi və reabilitasiyası sistemini işləyib hazırlamış və tətbiq etmişdir və bundan sonra 24 yaşında özü birinci qrup əlil olmuşdur. Lakin bu ağır vəziyyət onun üçün ölüm hökmü olmadı, o ruhdan düşmədi və uzun illər ərzində müasir kineziterapiyanın metodlarını daha da inkişaf etdirdi. Bu cür tədqiqatların və layihələrin nəticəsində o öz sağlamlığını və iş qabiliyyətini qaytardı, tibbdə yeni cərayanın banisi və müxtəlif ölkələrdə onlarla tibbi mərkəzlərin yaradıcısı oldu və bu Mərkəzlər hər ay minlərlə insanlara sağlamlığını və
hatının sevincini qaytarmaqda kömək edir.

Müalicə metodu mahiyyət etibarilə fərdi qaydada işlənib hazırlanmış hərəkətlər kompleksidir. Bu hərəkətlər xüsusi tibbi reabilitasiya avadanlığında yerinə yetirilir və burada ən əsası Bubnovskinin çoxfunksional trenajorudur və o, dekompressiya olunan antiqravitasiyalı rejimdə işləməyə icazə verir və onurğa ilə oynaqlara təmamilə təhlükəsiz təsir göstərir.

Hərəkətlər xəstəlik tarixçəsinin, xəstənin vəziyyətinin və hər nir insanın bir sıra digər xüsusiyyətlərinin əsasında həkim tərəfindən təyin olunur. Hərəkətlərin düzgün, təhlükəsiz və effektiv şəkildə yerinə yetirilməsinə kömək edən peşəkar metodist – təlimatçıların nəzarəti altında hərəkətlər yerinə yetirilir. Bakıda fəaliyyət göstərən doktor Bubnovskinin Mərkəzinin bütün personalı Moskvada yerləşən Baş ofisdə çoxpilləli təlim keçmişdir, sertifatlara malikdir və ən əsası isə – tam təhlükəsizliyə riayət etməklə müalicənin maksimal surətini və effektivliyini Sizin üçün təmin etmək üçün kifayət qədər biliklərə malikdir.
Bubnovski metodunun əsas xüsusiyyəti müalicə prosesində dərman preparatlarının tətbiq olunmasının tam yoxluğundan ibarətdir. Müalicənin effekti bizim orqanizmimizə qoyulan bütün təbii qüvvənin hesabına müstəsna olaraq əldə olunur. Həkimlərin və təlimatçıların əsas vəzifəsi – insanın sağlamlığına gedən yolu göstərməkdən və bu yolu keçməkdə kömək etməkdən ibarətdir. Lakin ən vacib məsələ Mərkəzə kimlərin müraciət etməsini bilməkdən və məhz həkimin əməyinin xəstələrə sağlamlıq bəxş etdiyini bilməkdən ibarətdir.

Mərkəzimizə gəlin və biz sizi öz işinin peşəkarı olan komandamızla, mehriban münasibətlə və ən əsası – sağlamlıqla bağlı problemlərin təmamilə aradan qaldırılmasına effektiv yanaşma ilə qarşılarıq!